Editör: TE Bilisim
TIĞ’IN ŞİİRLERİ AZERBAYCAN DİLİNDE...
İbrahim Tığ’ın şiirleri Azerbaycan dilinde yayınlandı.
Şair-Yazar İbrahim Tığ’ın 4 şiiri, Azerbaycan’da ulusal ve günlük olarak yayınlanan Adalet Gazetesi’nin bugünkü sayısında yer aldı.
Tığ’ın, “İki Dil”, “Arka Bahçe”, “Despina” ve “Adı Mulala da Olsa” adını taşıyan şiirlerini Azerbaycan diline akademisyen-yazar Rövşen Memmedov çevirdi.
Bilindiği gibi İbrahim Tığ’ın 5’i şiir olmak üzere toplam 13 yayınlanmış kitabı bulunuyor.
*
Öncə adəm sevişdi xəndəklərdə! - Şeirlər
İBRAHİM TIĞ
(Türkiyə)
İKİ DİL
öncə gecəni soy üzərindən, sonra məni!
bədən səhra istisi, gülüşün tumurcuq
“mən”ini çıxar başından, lutu unut!
gözəl adamları var dar küçələrin
dar küçələrin gözəl insanları
qaranlıqda göz qırpma mənə, görmərəm
ağuşuna bağlayıram ağzını axıntıların
beş duyğumuzla sarılsın gövdəmiz o an
bədənini, bədənimlə geyindirim, utanma
iki dilin bir insan etdiyi yerdəyik
söndürmə sehrli çırağını ələddinin
ən utandığımız yerlərimizlə
bütövləşirik qələbəliyi sağaldırıq
ARXA BAĞÇA
yarım qalmış bir nağıldır bədənin
əxlaqsız gecənin qoynunda yandığım
qışa bənzərdi bu şey!, bir az da əksik və qızğın bir dua
dar ətək, boy-buxun, əndam
təpədən dırnağa gövdəmizdə
gizlətdiyimiz qəbir, cəhənnəm artığı qəribsəmiş şəhərlər,
yanlışlığa meyl etmiş kitab!, peyda qələbəliklər, pul, hiləgərlik və əda!
ayaqların xatirinə, əsa ağacı, yanıqlı musiqisi
Nalanın büdrədikcə kimliyimizə girir, oxşarlıqlar
tapırıq bir-birimizdə. solğun bir çiçək səsini!
bir yanım səhər qəhvəsi, bədənim ağır bir sığınacaq
şəhərin ürəyinə axardı tarixi keçmiş antik yaralar
doğ məni, böl və gizlət!, ziddiyyətli quşlar fəslidir
həyat. Kədərin dəfn edildiyi bağçada soyundum.
bir gecəlik ölümdürsə sevgi iqlim dolu öpülər,
dəli atlar çapar qəlbimdə, daralan göy!,
gövdəmiz qanadsız qorxunun uşaqlığı!
xəyalına dolanır o sarmaşıq bədən
DESPİNA
mən bu acıyı iki cahana həsr etdim
insan özünə bənzədikcə qanayar
üzündeki sevgi!
öyrəndim üstünə düşərkən
uzun bir yolun qaçağan atları
ikiyə bölərdi iyulu
ərdahana uzanırdı ardınca, qəlbim
ah, necə böyüyür, adımı daşıyan
küçə və şeir, sizi xatırlayıram despina
soyuk bir gecənin ulduzuna
qonmuşdu parabüzənimiz
ah, mənim roman istəklim
bədənimiz bir-birinə qarışmışdı
xatirlərimizdən başqa
ADI MÜƏLLA DA OLSA
Nə zaman içimizi soyunsaq tənbəllik!
albalı çürüyü dul bir fəslin, dayanacağı yox
ayrılıqtan başqa. Küçədə unudulan uşaqlığı,
dodağımın yarası üç şair:
rüştü, müzəffər və kamal
-suyu suyla öpərdi!
tənhalıq şəhla bir at, kor quyu, çalınan fit
öncə adəm sevişdi xəndəklərdə!
unutdun sonra mən də tənhalığın çılpaq
adı müəlla da olsa…
Dilimizə uyğunlaşdıran: Rövşən Məmmədov
*
Azerbaycan Adalet gazetesi:
https://adalet.az/w215355?fbclid=IwAR3zoThVf9IeiEU0C56pDGvDYhszH0jGRcmaaSe-YQUJwYspdh9Ey_-H2yQ
https://adalet.az/uploads/pdf/pdf-posts/15042021pdf-1618443400.pdf?fbclid=IwAR20RCrlzS55cUr9v4W55HVyJIIKpZUh7LwiTzunqUl59ufVALfBh3cW5P8
Yorumlar
Trend Haberler
Kütahyalı din görevlisi Fatih Eryılmaz'ın Almanya'da cenaze töreni yapıldı...
Devrek-Mengen yolunda son durum!
Zonguldak’ın En Pahalı Evi: 16 Milyon TL'lik Lüks Daire!
Zonguldakspor-Niğde Belediyespor maçını CANLI izlemek işin TIKLAYINIZ...
Zonguldak her geçen yıl biraz daha İzmir'e benziyor